Polis Bərdədə sakinləri təxliyə edir - Foto

Polis Bərdədə sakinləri təxliyə edir - Foto
Gündəm 02 Avqust 2023 22:25

Bu gün Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.

Bu barədə Sitat.info-ya  DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.