Gürcüstan parlamentinə bu tarixdə seçkilər keçiriləcək

Gürcüstan parlamentinə bu tarixdə seçkilər keçiriləcək
SİYASƏT 02 Avqust 2023 21:36

Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 1-də respublika parlamentinə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

 Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın nümayəndəsi Natiya İoseliani məlumat verib.

O bildirib ki, sözügedən tarixdə Gürcaani şəhərinə yeni merin seçilməsi üçün də növbədənkənar seçkilər olacaq.

Seçkilər üçün 133 seçki məntəqəsi açılacaq, onlardan 103-ü elektron seçki qutuları vasitəsilə səs verəcək.