Baş nazir musiqiçini məhkəməyə verdi

Baş nazir musiqiçini məhkəməyə verdi
Gündəm 02 Avqust 2023 16:09

 

İtaliyanın Baş naziri Corciya Meloni Britaniyanın “Placebo” rok qrupunun solisti Brayan Molkonu təhqir və böhtana görə məhkəməyə verib.

 Sitat.info xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Məlumata görə, Turində keçirilən “Sonic Park” festivalında Molko Melonini “irqçi” və “faşist” adlandırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimiyyət nümayəndəsinə hörmətsizlik faktı ilə bağlı araşdırmalara başlayıb.