Bakıdakı bu poliklinika sökülür - Foto

Bakıdakı bu poliklinika sökülür - Foto
Gündəm 02 Avqust 2023 13:46

 

Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı poliklinika sökülür.

Sitat.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, poliklinikanın yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

Artıq Səhiyyə Nazirliyi Mərkəzin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Tender cari ayın sonunadək davam edəcək.

27 saylı poliklinika ötən ildən fəaliyyət göstərmir. Həmin vaxt yayılan məlumatlarda poliklinikanın təmir olunacağını bildirilirdi. Poliklinikanın ərazisinin satıldığı barədə də iddialar səsləndirilirdi.