Rusiyaya dəstək verənlərə sanksiya tətbiq edəcəyik- ABŞ-dan Şimalı Korayaya xəbərdarlıq
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukrayna-Rusiya müharibəsində Rusiyaya dəstək verən insanlar və təşkilatlara, o cümlədən Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyini bildirib.
Koreya yarımadası və Ukraynadakı təhlükəsizlik problemlərinə toxunan Miller deyib ki, Şimali Koreya və Rusiya arasında ikitərəfli münasibətlər təhlükəlidir”
Metyu Miller, Şimali Koreya ilə Rusiya arasındakı ikitərəfli əlaqələrin gücləndirilməsinin faydalı olmadığını deyib.
Xatırladaq ki, 1950-1953-cü illər Koreya müharibəsində münaqişəyə son qoyan Panmuncom barışıq sazişinin 70-ci ildönümü münasibətilə keçirilən hərbi paradda Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.
ABŞ dövlət katibi Antoni Blinken Şoyqunun silah almaq üçün Şimali Koreyaya getdiyini açıqlayıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi digər ölkələri Şimali Koreya ilə “qanunsuz” silah ticarətinə “dərhal” son qoymağa çağırıb.
Məğrur,
Sitat.info