Ukraynada 19 yaşlı azərbaycanlı həlak oldu

Ukraynada 19 yaşlı azərbaycanlı həlak oldu
Gündəm 28 İyul 2023 11:15

Ukraynada gedən müharibədə əslən azərbaycanlı Maksim Məhərrəmoğlu həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, M.Məhərrəmoğlu Odessa vilayətinin Oviodopol rayonunda dəfn olunub:

“Maksimin atası Şəmkir rayonundandır, anası isə Ukrayna vətəndaşıdır. 19 yaşlı Maksim evin tək oğlu olub”.