Qazsız qalan Xankəndidən son görüntülər: Ermənilər Araikə belə etiraz edir VİDEO

Qazsız qalan Xankəndidən son görüntülər: Ermənilər Araikə belə etiraz edir  VİDEO
SOSİAL 26 Mart 2022 15:21

Son günlər ciddi kommunal problemlərlə üzləşən Xankəndidə hələ də qazın verilişi bərpa olunmayıb.

SİTAT.İNFO xəbər verir ki, İctimai Televiziyada şəhərin son görüntüləri yayımlanıb. Görüntülərdən aydın olur ki, şəhərin erməni əhalisi küçədə əl-ələ tutaraq qaz probleminə etirazlarını bildirir. Şəhərdə qaz olmadığı üçün əhali isti su problemi də yaşayır.

Qeyd edək ki, son günlər şəhərdə havanın qarlı keçməsi problemi daha da şiddətləndirib.