Kim Çen In qadağan olunmuş ballistik raketləri Şoyquya göstərdi

Kim Çen In  qadağan olunmuş ballistik raketləri Şoyquya göstərdi
Dünya 27 İyul 2023 15:55

Şimali Koreya lideeri Kim Çen In hazırda Pxenyanda olan Rusiyanın müdafiə naziri Sergey Şoyquya qadağan olunmuş ballistik raketləri göstərərək öyünüb.

Sitat.info xəbər verir ki, bu barədə Şimali Koreyanın  xəbər agentliyi məlumat yayıb.

Sərgidən dərc olunan fotoşəkillərdən göründüyü kimi, koreyalılar Rusiya nümayəndə heyətinə ballistik raketlər üçün mobil buraxılış qurğularını göstəriblər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası keçmişdə bir neçə dəfə Şimali Koreyaya bu cür silahların istehsalına qadağa qoyub. Qadağa Rusiya və Çin tərəfindən dəstəklənib.

Kim Çen In Sergey Şoyqu ilə söhbətində imperialistlərin iradəsi və özbaşınalığına qarşı mübarizədə, iki ölkənin suverenliyinin və inkişaf maraqlarının qorunmasında, beynəlxalq ədalətin həyata keçirilməsində qarşılıqlı maraq doğuran məsələlərə münasibətini bildirib. Kim Çen əmin olduğunu bildirib ki, Rusiya ordusu və xalqı güclü dövlət qurmaq uğrunda mübarizədə böyük uğurlar qazanacaq.

Ayna,

Sitat.info