Bəzi məsələlərdə konkret nəticələr var - Mirzoyan

Bəzi məsələlərdə konkret nəticələr var - Mirzoyan
Gündəm 25 İyul 2023 19:37

İrəvan Bakı ilə danışıqlarda konstruktivliyə köklənib və danışıqları bütün platformalarda bütün istiqamətlərdə aparırıq.

Sitat.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvadakı üçtərəfli görüş başlamamışdan öncə deyib.

“Bəzi məsələlərdə konkret nəticələr var, digərlərində razılıq əldə etmək perspektivləri var”, - Mirzoyan qeyd edib.