Putin Ərdoğandan niyə küsüb?

Putin Ərdoğandan niyə küsüb?
TƏHLİL 25 İyul 2023 16:17

"Rusiya Türkiyə əlaqələrində siyasi böhranın olacağı gözlənilən idi. Çünki iki dövlət tarix boyu maraqları üst-üstə düşəndə yaxınlaşıb. Hazırda isə, Türkiyənin öz milli maraqlarından çıxış etməsi, Moskvada narahatlıqla qarşılanıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Türkiyə müstəqil siyasət yürüdür, Qərblə yeni geosiyasi nizamın yaradılmasında birgə çıxış edir: 

"Rusiya Türkiyə əlaqələri ümumiyyətlə hamar olmayıb.

Rusiyanın Taxıl sazişindən çıxması, Ankaranın siyasətinə mənfi təsir etmədi. Putin  Ərdoğandan küsüb. Amma, bu küskünlük müvəqqətidir. Rusiyanın Türkiyəyə ehtiyacı var".

Məğrur,

Sitat.info

 

Digər XƏBƏRLƏR