ABŞ-da həddindən artıq istilərin bütün ölkəyə yayılacağı gözlənilir

ABŞ-da həddindən artıq istilərin bütün ölkəyə yayılacağı gözlənilir
Dünya 24 İyul 2023 17:42

ABŞ-dakı Milli Hava Xidməti (MHX)  həftələrdir davam edən təhlükəli isti hava dalğasının, xüsusən də ölkənin qərbində şərq hissəsinə doğru irəliləyəcəyi barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, "Axios" xəbər saytının məlumatına görə, həkimlər qızmar istilər səbəbindən təcili yardıma müraciət edənlərin sayının artdığını, MHX isə həddindən artıq istilərin ölkənin digər əyalətlərinə də keçə biləcəyini açıqlayıb.

Açıqlamada ABŞ-ın qərbi başda olmaqla Texas və Florida ştatlarında həftələrdir davam edən təhlükəli isti dalğalarının ölkənin şərqinə də təsir edə biləcəyi barədə xəbərdarlıq edilib.

Kənan Bənnayev

Sitat.info