Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb
Dünya 21 İyul 2023 14:40

Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.

Sitat.info xəbər verir ki, yerli hakimiyyət orqanları iyulun 19-da Maharaştranın Raiqad rayonundakı kənddə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyini açıqlayıb.

Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən rəsmilər 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib.

Seymur Bənnayev

Sitat.info