Ərdoğan Tatarla görüşdü, anlaşma memorandumu imzalandı

Ərdoğan Tatarla görüşdü, anlaşma memorandumu imzalandı
Gündəm 20 İyul 2023 19:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edib.

Sitat.info xəbər verir ki, səfər çərçivəsində Ərdoğan Şimali Kipr Prezidenti Ərsin Tatarla görüşüb.

Görüşdən sonra iki lider Şimali Kiprin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılması prosesində Türkiyənin göstərəcəyi dəstək haqqında anlaşma memorandumu imzalayıblar.