İsraildən İrana mesaj: F-35-dən xüsusi bombalar atdı

İsraildən İrana mesaj: F-35-dən xüsusi bombalar atdı
Gündəm 20 İyul 2023 12:59

İsrail ordusu ilk dəfə F-35 qırıcılarından uğurla xüsusi səngərlərin dağıdılması üçün nəzərdə tutulan güclü bombalar atıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin "Kanal 14" televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, İran üçün İsrailin açıq mesajıdır.

Qeyd edək ki, ABŞ-dan sonra İsrail dünyada bu qabiliyyəti sınaqdan keçirən ikinci ölkədir.