Bakıda xanım məmur 500 minə villa aldı

Bakıda xanım məmur 500 minə villa aldı
Gündəm 19 İyul 2023 15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə 500 min manata olan villa alıb.

Sitat.info xəbər verir ki, bu barədə Konkret.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.