Azərbaycanda tikinti şirkəti cərimələndi

Azərbaycanda tikinti şirkəti cərimələndi
Gündəm 15 İyul 2023 16:49

Gəncədə qanunsuz gəc mineral xammalı götürən tikinti şirkəti cərimələnib.

Sitat.info xəbər verir ki, xidmət əməkdaşları nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firmasının qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürdüyünü aşkarlayıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub.

Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.