Xankəndidə aksiya: BQXK və sülhməramlıların ofisinə yürüş etdilər...

Xankəndidə aksiya: BQXK və sülhməramlıların ofisinə yürüş etdilər...
SİYASƏT 14 İyul 2023 11:41

Qarabağda yaşayan ermənilər "Artsax əhalisini qoruyun" şüari ilə  BQXK-nın Xankləndi ofisinə, sonra isə Rusiya sülhməramlılarının yerləşdiyi yerə yürüş ediblər.

Sitat.info erməni mediasına istinadən xəbər verir ki, Xankəndinin mərkəzi meydanındakı mitinqində çıxış edən "nazir" Qurgen Nersisyan gələcək addımlar barədə məlumat verib.

O bildirib ki, indi BQXK-nın ofisinə gedərək tələblərini səsləndirəcəklər, Qarabağdakı vəziyyətlə bağlı "real və obyektiv" məlumatı beynəlxalq strukturlara çatdıracaqlar.

Sonra onlar Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerə doğru irəliləyərək, Rusiya sülhməramlılarına "blokadanı" açmaq və "humanitar fəlakəti" dayandırmaq tələbini təqdim edəcəklər. 

Məğrur, 

Sitat.info