Söyüdlüdə xəstələnmə halları... - Babayev

Söyüdlüdə xəstələnmə halları... - Babayev
Gündəm 12 İyul 2023 16:14

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmaması müəyyən edilib.

Sitat.info xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

"Xəstələnmə səviyyəsi ümumi rayon üzrə xəstələnmənin orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib", - o əlavə edib.