DSX-nin işdən çıxarılan generalının yerinə o təyin edildi

DSX-nin işdən çıxarılan generalının yerinə o təyin edildi
Gündəm 11 İyul 2023 11:09

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.

Sitat.info xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.