Azad edilmiş ərazilərdə nə qədər mina tapılıb?

Azad edilmiş ərazilərdə nə qədər mina tapılıb?
Gündəm 10 İyul 2023 19:45

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Sitat.info xəbər verir ki, iyulun 3-dən iyulun 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

271,82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.