Bakı və İrəvan arasında sülhə az qalıb - Yıldız

Bakı və İrəvan arasında sülhə az qalıb - Yıldız
Gündəm 08 İyul 2023 18:34

Azərbaycan və Ermənistan arasında daimi sülhün bərpasına az qalıb.

Sitat.info xəbər verir ki, bunu Report-aaçıqlamasında Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

Ə.Yıldız Türkiyə tərəfindən Azərbaycan və Ermənistan heyətləri ilə də diplomatik danışıqların davam etdirildiyini diqqətə çatdırıb.

“Daim hər ölkənin ərazi bütövlüyünün müəyyənləşməsi məsələləri də müzakirə edilir və ümid edirəm ki, daimi sülhün bərpasına çox zaman qalmayıb”, - o əlavə edib.