AZAL-dan Naxçıvan reysinin sərnişinlərinə müraciət...

AZAL-dan Naxçıvan reysinin sərnişinlərinə müraciət...
Gündəm 07 İyul 2023 18:20

Aviadaşımalara artan tələbatı nəzərə alaraq, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir.

Sitat.info xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.

Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək. AZAL-ın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb.