Putin və Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Dağlıq Qarabağ ətrafındakı vəziyyət, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələləri müzakirə edilib", - məlumatda deyilir.
Bundan əlavə, qeyd edilir ki, söhbət zamanı “2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün sazişlər spektrinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb”.
Putin həmçinin Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardım göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Nərgiz,
Sitat.info