Səfirliyə hücum edənə ən ağır cəza veriləcək - Abdullahian

Səfirliyə hücum edənə ən ağır cəza veriləcək - Abdullahian
SİYASƏT 05 İyul 2023 16:48

Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək.

Sitat.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.