Hakan Fidan Azərbaycana gəlir

Hakan Fidan Azərbaycana gəlir
SİYASƏT 04 İyul 2023 17:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

H.Fidan 5-6 iyul tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasına qatılacaq.

Türkiyəli nazir iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacaq.

Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.