Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycan XİN Pakistanı təbrik edib
SİYASƏT 23 Mart 2022 16:15

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı təbrik edib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım olunub.

“Qardaş Pakistan İslam Respublikasını Milli Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu çox xüsusi münasibətlə uğurlar və firavanlıq arzulayırıq. Milli Gününüz mübarək, Pakistan!” - paylaşımda vurğulanıb.