Abdullayeva AzTV əməkdaşlarına hücumdan yazdı

Abdullayeva AzTV əməkdaşlarına hücumdan yazdı
Gündəm 29 İyun 2023 14:33

Azərbaycan Televiziyasının (AzTv) əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq.

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva özünün tviter səhifəsində yazıb.

"Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir" - deyə səfir bildirib.