Axundov Azərbaycan atletikası tarixində ilkə imza atdı

Axundov Azərbaycan atletikası tarixində ilkə imza atdı
Gündəm 28 İyun 2023 18:34

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Teymur Axundov Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

Sitat.info xəbər verir ki, T.Axundov imtahan göstəricilərinə əsasən Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib.

Qeyd edək ki, T.Axundov Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakimimiz olub.