Məhv edilənlərdən ikisi Ermənistan əsgərləridir

Məhv edilənlərdən ikisi Ermənistan əsgərləridir
Gündəm 28 İyun 2023 14:48

Qarabağda məhv edilən 5 erməni terrorçusundan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisidir.

Sitat.info xəbər verir ki, bu barədə “Calibr” məlumat yayıb.

Məlumata görə, hazırda Rusiya sülhməramlıları onların meyitlərinin Ermənistana göndərilməsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Qeyd edək ki, rəsmi İrəvan Baş nazir Nikol Paşinyan da başda olmaqla dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri Azərbaycan ərazisindən çıxarılıblar.