İsveç polisi Quran yandırmağa icazə verdi

İsveç polisi Quran yandırmağa icazə verdi
Gündəm 28 İyun 2023 14:21

İsveç polisi Qurban bayramı günü Stokholmdakı məscidin qarşısında Quranın yandırılması ilə bağlı etiraz aksiyasına icazə verib.

Sitat.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“İsveç polisi çərşənbə günü müsəlmanların Qurban bayramı ərəfəsində təşkilatçının Stokholmun əsas məscidinin qarşısında Quran yandırmağı planlaşdıran etiraz aksiyasına icazə verdiyini bildirib”, - məlumatda qeyd olunub.