Kəmaləddin Heydərovdan yeni təyinat

Kəmaləddin Heydərovdan yeni təyinat
Gündəm 27 İyun 2023 16:54

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

Sitat.info xəbər verir ki, FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis müavini təyin olunub.

Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.