Paşinyan Rəisi ilə müzakirələr apardı

Paşinyan Rəisi ilə müzakirələr apardı
Gündəm 26 İyun 2023 17:43

Ermənistan Baş naziri Nikol Paşinyanla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Telefon danışığı zamanı həmsöhbətlər regional hadisələrlə bağlı mövzuları, o cümlədən Ermənistan və İran arasında münasibətlərin gələcək inkişafı və cari gündəmdəki məsələləri müzakirə ediblər.

Tərəflər qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların vacibliyini qeyd ediblər.