"Vaqner" Lipetskə daxil oldu

\"Vaqner\" Lipetskə daxil oldu
Gündəm 24 İyun 2023 20:00

“Vaqner” silahlı qruplaşmasının dəstələri Lipetsk vilayətinə daxil olublar.

Sitat.info xəbər verir ki, bu barədə Lipetsk vilayətinin başçısı İqor Artamonov məlumat verib.

O qeyd edib ki, hüquq mühafizə orqanları əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər. Vilayətin hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb.