“Vaqner” irəliləyir: Kremlin yeganə ümidi... - Britaniya

“Vaqner” irəliləyir: Kremlin yeganə ümidi... - Britaniya
Gündəm 24 İyun 2023 14:04

“Vaqner” bölmələri Voronejdən Moskvaya gedir. Böhranın sonrakı ssenarisi Rusiya təhlükəsizlik qüvvələrinin necə davranmasından asılı olaraq yaxın saatlarda müəyyənləşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Vaqner” ilə Rusiya Müdafiə Nazirliyi arasındakı düşmənçilik açıq hərbi qarşıdurmaya çevrildi. Priqojinin elan etdiyi Azadlıq Marşından sonra vaqnerçilər Rostov-Dondakı əsas hərbi obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçiriblər. Eyni zamanda, “Vaqner” bölmələri Voronej vilayətindən keçərək şimala, Moskva istiqamətində hərəkət edirlər.

Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının addımı böhranın necə inkişaf edəcəyinin açarı olacaq. Bu, son dövrlərdə Rusiya dövlətinə qarşı ən ciddi çağırışdır”, - məlumatda deyilir.