Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Bayramov ATƏT-in Baş katibi ilə görüşdü
SİYASƏT 21 İyun 2023 19:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

Sitat.info xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.