Azərbaycanla əlaqələri inkişaf etdirməliyik - Prezident

Azərbaycanla əlaqələri inkişaf etdirməliyik - Prezident
SİYASƏT 21 İyun 2023 18:34

Azərbaycanla Sloveniya arasında münasibətlər daha da inkişaf etdirilməlidir.

Sitat.info xəbər verir ki, bunu Sloveniya Prezidenti Nataşa Pirç Musar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.

"Sloveniya digər ölkələrlə münasibətlərini inkişaf etdirməlidir. Azərbaycanla Sloveniya arasında əlaqələr genişləndirilməlidir. Bu ikitərəfli münasibətlər hər iki ölkə üçün böyük uğurlar gətirə bilər", - Musar qeyd edib.