Moskvaya yenidən PUA-larla hücum edildi

Moskvaya yenidən PUA-larla hücum edildi
Gündəm 21 İyun 2023 09:19

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə və eyniadlı vilayətə PUA-larla hücum olub.

Sitat.info xəbər verir ki, 3 PUA məhv edilib.

Hücum nəticəsində itki və dağıntı olmayıb.

Bildirilib ki, vurulmuş texnikaların qalıqları ekspertizaya göndəriləcək.

Rusiya mətbuatı hücumu Ukrayna ordusunun həyata keçirdiyi barədə məlumat yayıb.