MİT-dən əməliyyat: axtarışda olan terrorçu məhv edildi

MİT-dən əməliyyat: axtarışda olan terrorçu məhv edildi
Gündəm 17 İyun 2023 15:49

Türkiyə tərəfindən terror qruplaşması kimi tanınan Marksist-Leninist Kommunist Partiyasının (MLKP) Suriya üzrə təmsilçisi Osman Nuri Ocaqlı MİT-in keçirdiyi əməliyyat nəticəsində məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Osman Nuri Ocaqlı MİT-in “qırmızı” kateqoriyada axtarışda olanların siyahısında yer alıb.