Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır

Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır
Gündəm 20 Mart 2022 16:17

"Şuşada şiddətli qar yağmağa davam edir".

 SİTAT.İNFO Musavat.com-un xəbərinə görə, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

O bildirib ki, hava temperaturu mənfi 5 dərəcədən aşağı düşüb: "Qarın hündürlüyü 1 metrdən yuxarıdır. Şəhərin bütün texnikaları davamlı olaraq küçə və meydanları təmizləyir".