Azərbaycan XİN Böyük Britaniya Kralını təbrik etdi

Azərbaycan XİN Böyük Britaniya Kralını təbrik etdi
Gündəm 17 İyun 2023 14:57

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını milli bayram – Kralın Təvəllüd Günü münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.

“Əlahəzrət Kralın rəsmi doğum günü münasibətilə Birləşmiş Krallığın hökumətinə və xalqına ən səmimi arzularımızı çatdırırıq! Biz uzunmüddətli əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik, Milli Bayramınız Mübarək!”, - paylaşımda qeyd edilib.