Stoltenberq daha bir il vəzifədə qala bilər

Stoltenberq daha bir il vəzifədə qala bilər
Gündəm 17 İyun 2023 11:45

NATO-nun Baş katibi Yens Stoltenberqin daha bir il vəzifədə qalması istənilə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, Bayden administrasiyası da belə bir təklifi nəzərdən keçirir:

“Hazırda onu əvəz etmək üçün Alyans daxilində konsensus yoxdur”.