"Mançester Siti" növbəti dəfə çempion oldu

\"Mançester Siti\" növbəti dəfə çempion oldu
İdman 21 May 2023 16:23

Premyer liqada 2022/2023 mövsümünün çempionunun adına aydınlıq gəlib. "Mançester Siti" ardıcıl 3, ümumən isə 9-cu dəfə bu adı qazanıblar. Amma onlara bu yolda "Arsenal" dırnaqarası kömək olub.

"Topçular" 37-ci turda "Notingham forest"lə qarşılaşıblar. 19-cu dəqiqədə Awoniyinin qolu həlledici olub və London təmsilçisi görüşü məğlub başa vurub. Bu məğlubiyyət isə sona 1 tur qalmış "şəhərliləri" çempion edib.