Əliyev Berluskoninin vəfatı ilə bağlı başsağlığı verdi

Əliyev Berluskoninin vəfatı ilə bağlı başsağlığı verdi
SİYASƏT 16 İyun 2023 14:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Sitat.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəlib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.