XİN-dən Ermənistanın iddialarına cavab

XİN-dən Ermənistanın iddialarına cavab
SİYASƏT 16 İyun 2023 12:13

Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan isə orada Azərbaycan bayrağının dalğalandırılmasının əsassız olduğunu iddia edir.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tvitterdə yazıb.

O xatırladıb ki, Azərbaycan öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb. Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb.