Təcili: Dünənki döyüşdə Ordumuzun zərbələri - Video

Təcili: Dünənki döyüşdə Ordumuzun zərbələri - Video
Gündəm 16 İyun 2023 10:46

Dünən dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistan tərəfindən törədilən təxribatın görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, məlumata görə, təxribat zamanı əvvəlcə sərhədçilərimizə atıcı silahlardan atəş açılıb, daha sonra isə minaatanlar işə düşüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistan ordusunun təxribatı başlatdığı postu darmadağın edilib.