Overçuk Paşinyanla görüşdü: dəmiryol əlaqəsinin bərpası...

Overçuk Paşinyanla görüşdü: dəmiryol əlaqəsinin bərpası...
Gündəm 14 İyun 2023 15:05

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Sitat.info xəbər verir ki, tərəflər regionda kommunikasiya xətlərinin açılmasını, həmçinin dəmiryol əlaqəsinin bərpasını müzakirə ediblər.

Onlar həmçinin ikitərəfli əlaqələr barədə də danışıblar.

Qeyd edək ki, A.Overçuk bundan əvvəl Bakıda səfərdə olub.