Zəngəzur dəhlizinə imkan verməyən İrandır - Ərdoğan

Zəngəzur dəhlizinə imkan verməyən İrandır - Ərdoğan
SİYASƏT 14 İyun 2023 14:35

Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir:

"Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram".