Azərbaycan Ordusunun Şuşadakı mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Şuşadakı mövqeləri atəşə tutulub
Gündəm 13 İyun 2023 19:58

İyunun 13-ü saat 19:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Sitat.info xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.