Birinci xanımlar İçərişəhərdə - Foto

Birinci xanımlar İçərişəhərdə - Foto
SİYASƏT 13 İyun 2023 16:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva ilə İçərişəhəri gəzib.

Sitat.info xəbər verir ki, bu barədə o, sosial media hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

"Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. UNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır", - deyə Türkiyə liderinin xanımı yazıb.