İki erməni hərbçi öldü

İki erməni hərbçi öldü
Gündəm 13 İyun 2023 12:48

Ermənistanın Sünik rayonundakı (Qərbi Zəngəzur) Vardavank-Qafan yolunda qəza baş verib.

Sitat.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, sürücü idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müqaviləli 2 erməni hərbçi ölüb.